Göyçayda budo döyüş növləri üzrə altıncı respublika birinciliyi keçiriləcək | |
Yanvarın 18-19-da Göyçay Olimpiya İdman Kompleksində uşaqlar və yeniyetmələr arasında budo döyüş növləri üzrə altıncı respublika birinciliyi keçiriləcəkdir. Azərbaycan Budo Döyüş Növləri Federasiyasından AzərTAc-a bildirmişlər ki, üç yaş kateqoriyası üzrə keçiriləcək yarışda idmançılar semi-kontakt, full-kontakt və fri-kontakt versiyaları üzrə mübarizə aparacaqlar. İki yüz əllidən artıq idmançının mübarizə aparacağı yarışın baş hakimi Rüstəm Rüstəmov, baş katibi isə Əlimusa Balayevdır. |
|
Xəbər 1095 dəfə oxundu. |
|
|