Neymar zədələndi
"Barselona"nın futbolçusu Neymar zədələnib.

Bu, Kataloniya klubunun ölkə kubokunda "Hetafe" ilə oynadığı cavab qarşılaşmasında baş verib. Matçın 22-ci dəqiqəsində ayağından problem yaşayan braziliyalı hücumçu oyuna davam edə bilməyib. Onu Aleksis Sançes əvəzləyib.

Neymarın zədəsinin ciddi olub-olmaması bu gün tibbi müayinədən keçdikdən sonra məlum olacaq.

Qeyd edək ki, "Barsa" ilk oyunda 4:0, ikinci matçda isə 0:2 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Xəbər 824 dəfə oxundu.