Arda Turan: "Atletiko"dan ayrılmağı düşünmürəm"
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.

"AS" qəzetinə danışan türkiyəli futbolçu Madrid klubundan ayrılmaq istəmədiyini deyib:

"Atletiko"dan gedəcəm? Mənim hələ klubla 3 illik müqaviləm var. Madriddə xoşbəxtəm və yalnız komandanın oyunlarına köklənmişəm. Burada özümü çox rahat hiss edirəm və geniş ailəyə sahibəm. Ona görə klubdan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunmuşdu.

Xəbər 950 dəfə oxundu.