Taekvondoçusumuz Avropa çempionatının bürünc medalını qazanıb

Kiprin Pafos şəhərində taekvondo üzrə gənclərin 18-ci Avropa çempionatı davam edir.

Azərbaycan milli komandası yarışların ikinci gününü bürünc medalla başa vurub. Beş taekvondoçumuz arasında Nərminə Məmmədova (42 kq) fərqlənib.

Hakimlərin ədalətsizlikləri bu gün də idmançılarımzdan yan keçməyib. İlk görüşdə ermənistanlı rəqibini 27:9 hesabı ilə vaxtından əvvəl məğlub edən Mikayıl Əliyev (51 kq) almaniyalı idmançı ilə görüşdə yarışla vidalaşmağa məcbur olub. Bu görüşdə 22:24 hesabı ilə məğlub olan idmançımızın son saniyələrdə bir baş və fırlanma zərbəsini hakim hesaba almayıb. Çempionata qələbə ilə başlayan Elmar Bədəlli (45 kq) də ikinci görüşdə uduzub. Əşrəf Baxışov (48 kq) və Zümrüd Məlikova (46 kq) isə ilk döyüşün son anında qələbəni əldən veriblər.

Digər 7 idmançımız - Hüseyn Mehrəliyev (59 kq) Viktor Varqa (Macarıstan) ilə, Elvin Əliyev (78 kq-dan yuxarı) Uğuz Ensarla (Türkiyə), Təranə Məmmədova (44 kq) isə Mariya Vusetiçlə (Serbiya) qarşılaşacaqlar.

AzərTAc

Xəbər 1196 dəfə oxundu.