Edin Dzeko İtaliya A Seriyasına doğru
"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko qışda komandasını tərk edəcək.

Bosniyalı futbolçunun "Roma" klubuna transfer olunacağı gözlənilir.

27 yaşlı futbolçunun artıq "Roma" klubu anlaşmaq üzrə olduğu iddia edilir. Lakin təcrübəli futbolçu ilə İtaliyanın "İnter" klubu da yaxından maraqlanır. Təcrübəli futbolçunun hansı qərar verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən Dzeko keçirdiyi 92 oyunda 35 qola imza atıb.

Xəbər 1287 dəfə oxundu.