Arsen Venger "Şalke"nin futbolçusunu istəyir
Qış transfer pəncərəsi dönəmində hücum xəttini gücləndirməyi planlaşdıran "Arsenal" klubu növbəti hədəfini açıqlayıb.

London təmsilçisi "Şalke"nin hücumameyilli yarımmüdafiəçisi Julian Drakslerə "elçi" düşüb.

"Arsenal"ın baş məşqçisi Arsen Venger israrla 20 yaşlı futbolçunu komandasında görmək istəyir. "Topçular"ın gənc oyunçu üçün 35 milyon avro təzminat dəyərini ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Şalke" yetirməsi olan almaniyalı futbolçu 2011-ci ildən əsas komandada forma geyinir.

Xəbər 861 dəfə oxundu.