"Fiorentina" "Yunayted"in futbolçusunu da transfer etdi
“Mançester Yunayted”in yarımmüdafiəçisi Anderson karyerasını “Fiorentina”da davam etdirəcək. Bu barədə La Gazzetta dello Sport məlumat yayıb. Artıq tərəflər transferin bütün detallarını həll ediblər. Braziliyalı futbolçu mövsümün sonuna kimi İtaliya klubunda icarə əsasında oynayacaq. Yaxın 2 gün ərzində Florensiyaya gedəcək Anderson tibbi müayinədən keçəcək. Cari mövsümdə o, “Yunayted”in heyətində cəmi 5 oyunda meydana çıxıb. Qeyd edək ki, "Fio" daha əvvəl "Yuventus"un hücumçusu Alessandro Matrini də heyətinə qayıb.

Xəbər 1096 dəfə oxundu.