Türkiyəli jurnalistlər "Neftçi"nin düşərgəsində
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədə diqqət mərkəzinə düşüb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “TRT-Haber” kanalının jurnalistləri klubun məskunlaşdığı oteldə olublar. Onlar yanvarın 18-də “Fənərbaxça” ilə Antalyanın “Mardan” stadionunda keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində komanda haqqında reportaj hazırlayıb və baş məşqçi Böyükağa Hacıyevdən müsahibə götürüblər.

Xəbər 1014 dəfə oxundu.