"Ronaldonun "Qızıl top"u alması sürpriz deyil"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldonun "Qızıl top"u qazanmasına münasibət bildirib.

İtaliyalı mütəxəssis Ronaldonun bu mükafatı haqq etdiyini deyib:

"Ronaldo kimi bir futbolçunun bu mükafatı qazanması sürpriz deyil. O 2013-cü ili yüksək səviyyədə keçirdi və bu mükafatı haqq etdi. Mükafatın onun üzərində təzyiq yaradacağına inanmıram. Əksinə "Qızıl top"u qazanması ona əlavə stimul verəcək. Müasir futbolda çalışmazsan, heç nə əldə edə bilməzsən. Ronaldo da öz zəhmətinin qarşılığını aldı".

Xəbər 825 dəfə oxundu.