Mourinyo "Benfika"nın futbolçusunu istəyir
Qış transfer pəncərəsi dönəmində heyətini gücləndirməyi planlaşdıran "Çelsi" klubu növbəti hədəfini açıqlayıb.

London təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Nemanya Matiçə "elçi" düşüb.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 25 yaşlı futbolçunu tezliklə komandasında görmək istəyir. "Zadəganlar" serbiyalı futbolçunun keçidi üçün qarşı tərəfə 25 milyon avro təklif ediblər. "Benfika" hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, 2011-ci ildən "Benfika"da çıxış edən Matiç keçirdiyi 56 oyunda 6 qola imza atıb.

Xəbər 1116 dəfə oxundu.