Ronaldo: "Yayda "Mançester Yunayted"ə dönə bilərdim"
2013-ci ilin ən yaxşı futbolçusu seçilən "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən yayda Madrid klubundan ayrıla bilərmiş.

Bu barədə portuqaliyalı hücumçunun özü açıqlamasında deyib.

Bildirib ki, yay transferi pəncərəsində "Mançester Yunayted"ə getməyi düşünüb:

"Ferdinand mütəmadi olaraq mənə zəng edirdi. O, mənim ən yaxşı dostumdur. Mənim təkrar "MY"a dönməyim üçün çox çalışdı. Sözün düzü, mən də ora getməyi düşündüm. Ancaq sonda "Real"da qalmaq barədə qərar verdim".

Xəbər 832 dəfə oxundu.