Berti Foqts ilk səsini Kriştiano Ronaldoya verdi
2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ilk səsini Kriştiano Ronaldoya (Portuqaliya, “Real” Madrid), ikinci səsini Filipp Lama (Almaniya, “Bavariya”, Almaniya), üçüncü səsini isə Robert Levandovskiyə (Polşa, “Borussiya” Dortmund) verib.

Yığmamızın kapitanı Rəşad Sadıqov isə 2013-cü ilin ən yaxşı futbolçu olaraq F.Riberini (Fransa, “Bavariya") görüb. O, ikinci seçimini Kriştiano Ronaldo (Portuqaliya, “Real” Madrid), sonuncu seçiminə isə Zlatan İbrahimoviçə (İsveç, PSJ, Fransa) tərəf edib.

Xəbər 846 dəfə oxundu.