"Rabitə"də 2 yeni oyunçu
“Rabitə” voleybol üzrə Kuba yığmasının iki üzvünü heyətinə qatıb. Bloklayıcı Rozanna Ramos və hücumçu İoana Mendosa komandamızın formasını daşıyacaq.

Qeyd edək ki, “rabitəçilər” ÇL-in Dördlər Finalında iştirak ərəfəsində heyəti gücləndirməyə davam edəcəklər.

Xəbər 963 dəfə oxundu.