Foqts Yuri Syominlə görüşdü
Antalyada Topaz Premyer Liqasında çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qəbələ” - “Tobol” (Qazaxıstan) qarşılaşmasını izləyib, “Qəbələ” klubunun baş məşqçisi Yuri Syominlə görüşüb.

Qeyd edək ki, Berti Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşüb.

Xəbər 797 dəfə oxundu.