Daha bir uğurlu idman ilinə yekun vuruldu
Gənclər və İdman Nazirliyi 2013-cü ilin ən yaxşılarını mükafatlandırdı
Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın Gənc­­lər və İd­­man Na­­zir­­li­­yi 2013-cü ilin id­­man ye­­kun­­la­­rı­­na, ənə­­nə­­vi ola­­raq, tən­­tə­­nə­­li mə­­ra­­sim­­lə ye­­kun vur­­ub. De­­kab­­rın 23-də “Bu­­ta Pa­­las”da ke­­çi­­ri­­lən mə­­ra­­sim­­də Azər­­bay­­ca­­nın döv­­lət him­­ni səs­­lən­­di­­ril­­dik­­dən son­­ra ca­­ri il­­də öl­­kə­­miz­­də təş­­kil edil­­miş bey­­nəl­­xalq tur­­nir­­lər və id­­man­­çı­­la­­rı­­mı­­zın qa­­zan­­dı­­ğı nailiy­­yət­­lər ba­­rə­­də vi­­deoçarx nü­­ma­­yiş olu­­nub.
Mə­­ra­­sim­­də çı­­xış edən gənc­­lər və id­­man na­­zi­­ri Azad Rə­­hi­­mov qeyd edib ki, bu il öl­­kə­­mi­­zin id­­man ic­­ti­­maiy­­yə­­ti üçün uğur­­lu olub.
2013-cü il­­də res­­pub­­li­­ka­­da fəaliy­­yət gös­­tə­­rən fe­­de­­ra­­si­­ya­­lar­­la bir­­lik­­də öl­­kə­­miz­­də 298 res­­pub­­li­­ka ya­­rışı (2012-ci il­­də 150 ya­­rış) təş­­kil edi­­lib. 57 bey­­nəl­­xalq ya­­rış (2012-ci il­­də 35 ya­­rış) ke­­çi­­ri­­lib. Xa­­ri­­ci öl­­kə­­lər­­də ke­­çi­­ril­­miş 281 bey­­nəl­­xalq ya­­rış­­­­da isə (2012-ci il­­də 250 ya­­rış) öl­­kə yığ­­ma ko­­man­­da­­la­­rı­­nın iş­­ti­­ra­­kı tə­­min olu­­nub.
2013-cü il ər­­zin­­də olim­­pi­­ya və qey­­ri-olim­­pi­­ya id­­man növ­­lə­­ri üz­­rə rəs­­mi bey­­nəl­­xalq ya­­rış­­lar­­da - dün­­ya və Av­­ro­­pa çem­­pionat və bi­­rin­­ci­­lik­­lə­­rin­­də, ku­­bok ya­­rış­­la­­rın­­da 280 qı­­zıl, 233 gü­­müş və 269 bü­­rünc, ümu­­mi­­lik­­də 782 me­­dal (2012-ci il­­də 735 me­­dal- 255 qı­­zıl, 244 gü­­müş, 236 bü­­rünc) əl­­də edi­­lib. Bun­­lar­­dan 296 me­­dal (101 qı­­zıl, 74 gü­­müş, 121 bü­­rünc) olim­­pi­­ya, 486 me­­dal isə (179 qı­­zıl, 159 gü­­müş, 148 bü­­rünc) qey­­ri-olim­­pi­­ya id­­man növ­­lə­­rin­­də olub.
2003-2013-ci il­­lər­­də ümu­­mi­­lik­­də 5398 (1918 qı­­zıl, 1533, 1947 bü­­rünc) me­­dal qa­­za­­nı­­lıb.
İd­­man növ­­lə­­ri üz­­rə yığ­­ma ko­­man­­da­­lar, hər bi­­ri 12 gün­­dən az ol­­ma­­ya­­raq, 154 tə­­lim-məşq top­­la­­nış­­ın­­da (2012-ci il­­də 83 top­­la­­nış) iş­­ti­­rak edib. Bu tə­­lim-məşq top­­la­­nış­­la­­rın­­dan 103-ü Azər­­bay­­can­­da, 51-i isə xa­­rici öl­­kə­­lər­­də ke­­çi­­ri­­lib. Tə­­lim-məşq top­­la­­nış­­la­­rın­­da ümu­­mi­­lik­­də 6 min nə­­fə­­rə­­dək id­­man­­çı iş­­ti­­rak edib.
2013-cü il­­də id­­man­­çı­­la­­rı­­mız İs­­lam Həm­­rəy­­li­­yi Oyun­­la­­rın­­da və Yay Uni­­ver­­siada­­sın­­da uğur­­la çı­­xış edə­­rək Azər­­bay­­can bay­­ra­­ğı­­nı yük­­səl­­dib­­lər.
Res­­pub­­li­­ka­­mı­­zın id­­man öl­­kə­­si­­nə çev­­ril­­di­­yi­­ni diq­­qə­­tə çat­­dı­­ran Azad Rə­­hi­­mov növ­­bə­­ti il­­lər­­də Azər­­bay­­can­­da Dün­­ya İd­­man Jur­­na­­list­­lə­­ri As­­so­­siasi­­ya­­sı­­nın 77-ci konq­­re­­si­­nin, Bi­­rin­­ci Av­­ro­­pa Oyun­­la­­rı­­nın, Dün­­ya Şah­­mat Olim­­piada­­sı­­nın, İs­­lam Həm­­rəy­­li­­yi Oyun­­la­­rı­­nın və di­­gər mö­­tə­­bər ya­­rış­­la­­rın ke­­çi­­ri­­lə­­cə­­yi­­ni qeyd edib. Bü­­tün bun­­la­­rın öl­­kə­­miz­­də təş­­kil olun­­ma­­sı res­­pub­­li­­ka­­mız­­da ge­­dən di­­na­­mik in­­ki­­şaf­­dan xə­­bər ve­­rir. Bu sə­­bəb­­dən ali id­­man qu­­rum­­la­­rı çə­­kin­­mə­­dən mö­­tə­­bər ya­­rış­­la­­rın Azər­­bay­­can­­da təş­­kil olun­­ma­­sı­­na ma­­raq gös­­tə­­rir­­lər.
Na­­zir Azad Rə­­hi­­mov qeyd edib ki, öl­­kə­­miz­­də id­­man si­­ya­­sə­­ti­­nin ba­­ni­­si ümum­­mil­­li li­­der Hey­­dər Əli­­yev olub. Ulu ön­­də­­rin ya­­rat­­dı­­ğı id­­man st­­ra­­te­­gi­­ya­­sı ha­­zır­­da Azər­­bay­­can Pre­­zi­­den­­ti İl­­ham Əli­­yev tə­­rə­­fin­­dən uğur­­la da­­vam et­­di­­ri­­lir.
Son­­ra söz Mil­­li Olim­­pi­­ya Ko­­mi­­tə­­si­­nin vit­­se-pre­­zi­­den­­ti Çin­­giz Hü­­seyn­­za­­də­­yə ve­­ri­­lib. Ç.Hü­­seyn­­za­­də Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın Pre­­zi­­den­­ti cə­­nab İl­­ham Əli­­ye­­vin bir ne­­çə gün ön­­cə Qu­­sar­­da yük­­sək zir­­və­­də id­­man­­çı­­lar­­la gö­­rü­­şə­­rək, on­­la­­rı mü­­ka­­fat­­lan­­dır­­ma­­sı­­nın rəm­­zi mə­­na da­­şı­­dı­­ğı­­nı bil­­dir­­di. İd­­man ic­­ti­­maiy­­yə­­ti­­mi­­zin nü­­ma­­yən­­də­­lə­­ri­­ni qar­­şı­­dan gə­­lən ye­­ni il və Dün­­ya azər­­bay­­can­­lı­­la­­rı­­nın həm­­rəy­­li­­yi gü­­nü mü­­na­­si­­bə­­ti­­lə təb­­rik edən Çin­­giz Hü­­seyn­­za­­də qar­­şı­­da­­kı ilin də id­­ma­­nı­­mız üçün uğur­­lu ola­­ca­­ğı­­na inan­­dı­­ğı­­nı qeyd et­­di.
Son­­ra ilin ən yax­­şı­­la­­rı elan edil­­di. Əv­­vəl­­cə Azər­­bay­­can Boks Fe­­de­­ra­­si­­ya­­sı ilin ən yax­­şı fe­­de­­ra­­si­­ya­­sı, Azər­­bay­­can Gü­­ləş Fe­­de­­ra­­si­­ya­­sı ya­­rış­­la­­rın yük­­sək sə­­viy­­yə­­də təş­­kil olun­­ma­­sı­­na gö­­rə, “Neft­­çi” İd­­man Sağ­­lam­­lıq Mər­­kə­­zi və “Ümid” id­­man klu­­bu ən yaxşı idman klubu, Kür­­də­­mir Olim­­pi­­ya İd­­man Komp­­lek­­si ilin ən yax­­şı­­ idman qurğusu se­­çi­­lib­­lər.
Məşq­­çi­­lər Ya­­di­­gar Məm­­mə­­dov (boks), İs­­ma­­yıl Çöp­­si­­yev (yu­­nan-Ro­­ma gü­­lə­­şi), id­­man­­çı­­lar Mə­­həm­­məd­­rə­­sul Mə­­ci­­dov (boks), El­­xan Məm­­mə­­dov (cü­­do), Ca­­vid Çə­­lə­­bi­­yev (boks), Or­­xan Sə­­fə­­rov (cü­­do), Xe­­taq Qaz­­yu­­mov (sər­­bəst gü­­ləş), Tey­­mur Məm­­mə­­dov (boks), Fi­­ru­­din Qu­­li­­yev (ağır at­­le­­ti­­ka), Ra­­dik İsa­­yev (taek­­von­­do), Ra­­fael Ağa­­yev (ka­­ra­­te) və İl­­ham Zə­­ki­­yev (pa­­ralim­­pi­­ya, cü­­do) ilin ən yaxşıları elan olunublar. Mü­­ka­­fat­­çı­­la­­rın şə­­rə­­fi­­nə tort kə­­si­­lib.
Da­­ha son­­ra 2013-cü il­­də bə­­dən tər­­bi­­yə­­si və id­­ma­­nın təb­­li­­ğin­­də fərq­­lə­­nən­­lər təl­­tif olu­­nub­­lar. İd­­ma­­nı ən yax­­şı işıq­­lan­­dı­­ran te­­le­­ka­­nal İc­­ti­­mai Te­­le­­vi­­zi­­ya, ən yax­­şı jur­­na­­list­­lər isə te­­le­­vi­­zi­­ya­­lar üz­­rə Vü­­qar Nə­­zə­­rov (İd­­man-Azər­­bay­­can), qə­­zet və sayt­­lar üz­­rə Ay­­sel Sul­­ta­­no­­va (“Olim­­pi­­ya dün­­ya­­sı” qə­­ze­­ti) se­­çi­­lib­­lər. 1news.az ən yax­­şı in­­for­­ma­­si­­ya agent­­li­­yi, “Fut­­bol+” ilin ən yax­­şı id­­man qə­­ze­­ti ki­­mi fərq­­lə­­nib. 2013-cü il­­də id­­man möv­­zu­­sun­­da ya­­zı­­lan ən yax­­şı ki­­tab se­­çi­­lən “İd­­ma­­nın bö­­yük hi­­ma­­yə­­da­­rı” ki­­ta­­bı­­nın müəl­­li­­fi Qa­­bil Meh­­di­­yev isə ilin ən yax­­şı id­­man ya­­za­­rı mü­­ka­­fa­­tı­­na la­­yiq gö­­rü­­lüb.
Təd­­bir kon­­sert proq­­ra­­mı ilə ba­­şa ça­­tıb.

Xəbər 4515 dəfə oxundu.