Lozannada İdman arbitraj məhkəməsi Olimpiya xartiyasının 45-ci qaydasını ləğv edib

Lozannada İdman arbitraj məhkəməsi Olimpiya xartiyasının 45-ci qaydasını ləğv edib, Amerika yüngül atleti Laşon Merritin London Olimpiadasında çıxış etməsinə icazə verib.
Qaydaya görə, yarım ildən çox müddətə yarışlarda iştirak etməkdən məhrum olunmuş idmançı nəinki keçirilmə müddəti kənarlaşdırılma vaxtına düşən olimpiadada, həm də sonrakı iki (o cümlədən yay və qış) olimpiadada iştirak etmək hüququndan məhrum edilir.
Beləliklə, yarışlarda iştirak etməkdən məhrum olunmuş idmançıların olimpiadalarda çıxış etmək şansları artıb.
İki dəfə olimpiya çempionu Merrit 2010-cu ilin oktyabrında 21 ay müddətinə yarışlardan kənarlaşdırılmışdı, lakin məhrumetmə 2009-cu ilin oktyabrından - ondan ilk dopinq nümunəsi götürüldükdən və bu nümunə müsbət nəticə verdikdən sonra qüvvəyə minib. Qayda Merritin Londonda keçiriləcək 2012-ci il olimpiadasına gedə bilməməsini nəzərdə tuturdu. Halbuki onun yarışlarda iştirak etməkdən məhrumedilmə müddəti oyunlaradək bitirdi. Amerika tərəfi məhz bu qayda ilə bağlı CAS-a şikayət etməyi qərara alıb.
Bir qədər sonra İdman arbitraj məhkəməsi Olimpiya xartiyasının 45 nömrəli qaydasının ləğv olunduğunu rəsmən təsdiq etdi.
CAS-ın bəyanatında deyilir: “ BOK-un 2008-ci il 27 iyun tarixli qərarı – dopinq əleyhinə qaydaları pozduqlarına görə 6 ay və daha çox müddətə yarışlarda iştirak etməkdən məhrum edilmiş idmançıları məhrumetmə müddəti bitdikdən sonrakı olimpiya oyunlarında iştirak etməkdən məhrum edən qərar etibarsızdır və qanuni qüvvəyə malik deyil”.

AzərTAc

Xəbər 1237 dəfə oxundu.