Finalçılar bəlli oldu
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyində finalçıların adları məlum olub. Favoritlərdən gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalçısı Tayfur Əliyev (56 kq), gənclər arasında Avropa çempionu Sadiq Quliyev (64 kq), yeniyetmələr arasında dünya birinciliyinin 2-cisi İsmayıl Hüseynov (64 kq), yeniyetmələr arasında Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Hüseyn Tarverdili (69 kq), yeniyetmələr arasında dünya birinciliyinin bürünc medalçısı Şükran Mehdiyev (80 kq) finala vəsiqəni təmin ediblər. 69 kq çəki dərəcəsində mübarizə aparan dünya birinciliyinin gümüş mükafatçısı Rövşən Musayevin yarımfinalda Roman Zakirova uduzması gözlənilməz olub.

Bu gün saat 14:00-da başlayacaq finalda üz-üzə gələcək boksçular:

49 kq: Elşən Abbasov (Rabitə) – Fərid Əliyev (Sədərək)

52 kq: İbrahim İmanov (Neftçi) – Məsud Yusifzadə (Rabitə)

56 kq: Tayfur Əliyev (Naxçıvan) – Xəyyam Məmmədov (Neftçi)

60 kq: Orxan Əliyev (Gilan) – Zöhrab Əzimov (DİN İC)

64 kq: Cavid Quliyev (Gilan) - İsmayıl Hüseynov (Cəlilabad)

69 kq: Roman Zakirov (Rabitə) – Hüseyn Tarverdili (Təhsil)

75 kq: Şamil Əliyev (Rabitə) – Nicat Sadıqov (Baku Fires)

81 kq: Araz Sultanzadə (Rabitə) – İbrahim Quliyev (Baku Fires)

91 kq: Şükran Mehdiyev (Baku Fires) – Nicat Muradlı (Qəbələ İK)

91+kq: Teymur Vəliyev (Neftçi) – Fuad Tağıyev (Gilan)

Xəbər 880 dəfə oxundu.