Vüqar Həşimov vəfat etdi
Azərbaycan idmanına ağır itki üz verib. İdman.com.az xəbər verir ki, Heydelberq klinikasında uzun müddət müalicə alan Vüqar Həşimov, bu gün səhər orada vəfat edib.

AÇ-2009-un qalibi, FIDE reytinqində ən yüksək nəticəsi 11-ci yer olan 28 yaşlı qrossmeysterimizin, müalicəsini tamamlayaraq bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçımız gözlənilmədən vəfat edib.

“İdman” qəzeti və idman.com.az saytı Həşimovlar ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin!

Xəbər 1054 dəfə oxundu.