"Yuventus" Aryen Robbeni istəyir
"Bavariya" klubunun hücumçusu Aryen Robben mövsümün sonunda komandanı tərk edə bilər.

Hollandiyalı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

Mövsümün sonunda Münhen təmsilçisi ilə müqaviləsi başa çatacaq Robben hələlik komandasından yeni təklif almayıb. "Bavariya"nın 29 yaşlı futbolçu ilə müqavilə yeniləməməsi Turin klubu hərəkətə keçirib. "Yuventus" artıq təcrübəli futbolçu ilə danışıqlara start verib.

Qeyd edək ki, Robben bu mövsüm keçirdiyi 12 oyunda 6 qola imza atıb.

Xəbər 1170 dəfə oxundu.