Hiddink yenidən Cənubi Koreya yığmasında
Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink Cənubi Koreya yığmasının məşqçilər heyətinə daxil ediləcək.

Bu barədə komandanın baş məşqçisi Hon Men-Bo açıqlama verib.

O bildirib ki, hollandiyalı mütəxəssis koreyalı futbolçuların 2014-cü il dünya çempionatına köklənmələri üçün köməyə çağırılıb. Hiddink 2001-2002-ci illərdə bu komandanın baş məşqçisi olub və 12 il öncə keçirilmiş mundialda Cənubi Koreyaya 4-cü yeri qazandırıb. Onun son iş yeri Rusiya “Anji”si olub. Təcrübəli mütəxəssis Mahaçqala təmsilçisini rəhbərliyin inkişaf kursunu dəyişməsindən sonra tərk edib.

Qeyd edək ki, iyunun 15-də başlanacaq dünya çempionatında Cənubi Koreya yığması Belçika, Əlcəzair və Rusiya ilə birgə H qrupunda mübarizə aparacaq.

Lent.az

Xəbər 904 dəfə oxundu.