«Zirvə» zirvəyə doğru
Azərbaycan ağırlıqqaldırmasında yeni era başlayıb. Müstəqillik dönəmində Nizami Paşayevin zəfərlərindən sonra bir müddət böyük qələbələrin intizarında olsaq da, London olimpiadasında Valentin Xristovun bürünc medal qazanması ilə, həmin xoş anları bir daha yaşamağa başladıq. Fərəhli məqam odur ki, indi milli komandamızın özəyini, əsasən gənc atletlər təşkil edir və qələbələr ard-arda gəlməkdədir. Yığma kollektivə ehtiyat qüvvənin yetişməsində «Zirvə» İdman Klubunun da əməyi var. 2006-cı ildən fəaliyyətə başlayan bu təşkilat, son zamanlar ölkə klub və cəmiyyətləri arasında ağırlıqqaldırma növündə vahid liderə çevrilib.

«Zirvə»nin yetirmələri hər mövsüm bütün yaş qrupları üzrə dünya və Avropa birinciliyiklərində uğur qazanırlar. Ötən il sözü gedən klubun üzvləri beynəlxalq yarışlarda 32 medala (13 qızıl, 7 gümüş və 12 bürünc) yiyələniblər. Bu qələbələrlə yanaşı, «zərvəçilər» 7 beynəlxalq rekordu təzələyiblər. Üstəlik, ölkə daxili turnilərin hamısında mükafatların yarıdan çoxuna bu klubulun ağır atletləri sahib çıxırlar. «Zirvə»nin üzlərindən Firudin Quliyev, Zülfüqar Süleymanov, Elxan Əliquluzadə, Rüstəm İmanzadə və başqaları mötəbər xarici arenalarda uğur qazanmış idmançılardandır. Klubun qadın üzvlərindən Mərziyyə Məhərrəmova və Gülçin Əlizadə ötən il keçirilmiş yeniyetmələrin qitə birinciliyinin bürünc medalçılarıdır.

«Zirvə» İdman Klubunu idmançıları stimullaşdırmaq, güzəranlarını yaxşılaşdırmaq istiqamətində də böyük işlər görür. Heyətin üzvləri beynəlxalq arenada qazandığı uğura görə mükafatlandırılırlar. Bazanın daxili yarışlarında fərqlənənlərə pul qonararından əlavə, bir çanta müxtəlif dəst idman geyimləri hədiyyə olunur. Maraqlısı budur ki, «zirvəsilər» 2-3 il ərzində qazandıqları mükafatları müəyyən miqdarda cəm edərək geri qaytardıqda, AAAF PARK Yaşayış Kompleksindən gözəl şəraitli evlə təmin olunmaq imkanı əldə edirlər.

«Zirvə» İdman Klubunu rəhbəri Tofiq Heydərovdur. Mütəxəssis, bu yaxınlarada qədər AAAF-in vitse-prezidenti vəzifəsini daşıyıb. Ağıqlıqqaldırma üzrə Azərbaycan çempionu müstəqllik dönəmində iştirak etdiyimiz ilk Yay olimpiya oyunları – Atlanta-1996-nın iştirakçısı da olub.
Klubun sədri SSRİ idman ustası Azad Mustafayev, baş məşqçisi dünya və Avropa çempionu Hafiz Süleymanovdur.

Hər mövsüm paytaxt civarında heç də ökə birinciliyindən geri qalmayan “Zirvə”nin ağır atletika üzrə zona yarışlarının final mərhələsi keçirilir. Ötən ili sonu təşkil olunmuş turnirdə rekord sayda – 165 idmançı mübarizə aparıb. «Zirvə» İdman Klubunu prezidenti Tofiq Heydərov «İdman» qəzeti və idman.com.az saytına açıqlamasında dedi ki, məqsəd bu yarışı beynəlxalq səviyyəyə satdırmaqdır:

- Bizim klubun yaranmasında əsas məqsəd yeniyetmələrin bu idman növünə kütləvi şəkildə gəlməsi üçün şərait qurmaq və bu yeniyetmələrin sırasından ən güclüləri bir internat tipli liseydə peşəkar səviyyədə yarışlara hazırlamaqdır. Bu gün kütləvilik demək olar ki, istədiyimiz səviyyəyə çatmaq üzrədir. Müntəzəm keçirilən zona yarışlarımızda, ümumilikdə 400-ə yaxın atlet qələbə uğrunda mübarizə aparır. Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq olimpiya liseyimiz demək olar ki, hazır vəziyyətdədir. Bu ildən 100-ə yaxın yeniyetmə atlet burada ən yüksək səviyyədə beynəlxalq yarışlara hazırlaşa biləcək.
«Zirvə» İdman Klubunun yetirmələrinin nəticəsi, bizi beynəlxalq səviyyəli yarışlar keçirmək tələbatı yaradıb. Klub rəhbərliyi idmançılarımızın daha da inkişaf etməsi üçün bir sıra dövlətlərdə klubumuzun bölmələrini qurmağı qarşısına məqsəd qoyub. İnşallah, yaxın zamanda “Zirvə” kuboku yarışlarının beynəlxalq bir yarışmaya çevrilməsi bizi sevindirəcək və dövlətimizin idmana göstərdiyi qayğıdan, digər dövlətlər belə istifadə edə biləcək.


Qeyd edək ki, AAAF PARK Yaşayış Kompleksində ağırlıqlardıranlar üçün nəzərdə tutulan müasir bazaya 12 ştanq gətirilib. Hər guşədə atletlər üçün xüsusi kabinələr var. Qadınlardan ibarət milli komanda da cari mövsümdə məşqlərini burada keçməyə başlayıb.




Xəbər 1555 dəfə oxundu.