"Yuventus" "Bavariya"nın hücumçusunu istəyir
İtaliyanın "Yuventus" klubu qış transfer pəncərəsi dönəmində növbəti hədəfini açıqlayıb.

Turin təmsilçisi "Bavariya"nın hücumçusu Mario Mandzukiçə "elçi" düşüb.

Avropa Liqasında mübarizəni davam etdirən "Yuventus" klubu hücum xəttini gücləndirməyi planlaşdırır. Üstəlik 27 yaşlı futbolçunun Avroliqada "Yuventus"a kömək edə bilmə ehtimalı da "qoca senyora"nı hərəkətə keçirib. Son İtaliya çempionu xorvatiyalı futbolçunun keçidi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. Lakin Münhen təmsilçisi hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Mandzukiç 2012-ci ildə 12 milyon avro qarşılığında "Volfsburq"dan "Bavariya"ya transfer olunmuşdu.

Xəbər 835 dəfə oxundu.