Runi azarkeşlərdən dəstək istədi
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi komandanın azarkeşlərindən dəstək istəyib.

"Goal.com"a danışan ingilis futbolçu bu mövsüm uğursuz çıxış ilə diqqət çəkən komandasının azarkeşlərə daha çox ehtiyacının olduğunu bildirib:

"Hazırda komandam heç də yaxşı günlərini yaşamır. Bu baxımdan azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onlar hər zaman bizi yüksək səviyyədə dəstəkləyiblər. Ancaq indi onların dəstəyinə daha çox ehtiyacımız var. İstəyirəm ki, onlar sonadək bizim yanımızda olsunlar. O zaman biz daha güclü olacağıq. İnanıram ki, "Mançester Yunayted" tezliklə öz oyununu bərpa edəcək, sadəcə bir qədər səbr etmək lazımdır".

Qeyd edək ki, "Mançester Yunayted" klubu Premyer Liqada 20 turdan sonra 34 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər 761 dəfə oxundu.