Azərbaycanın tennis üzrə milli yığma komandasına Leşek Kuxarski başçılıq edəcək
Stolüstü tennis üzrə milli yığma komandaya əcnəbi mütəxəssis Polşalı Leşek Kuxarski rəhbərlik edəcək. O, yığma komandanı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlayacaq.

Keçmişdə məşhur idmançı L. Kuxarski Avropada IV, dünyada XI reytinqə sahib olub. 1989-cu ildə dünya çempionatında qoşa yarışların gümüş mükafatçısı olmuş, 1985-ci il (komanda) və 1987-ci il (qoşa) mundiallarda III yerə layiq görülmüşdür. O, həmçinin1986-cı il Avropa çempionatında (şəxsi) gümüş medal qazanmışdır. 1991-ci ildən məşqçilik fəaliyyəti ilə məşğul olan Kuxarski 20 il Polşa yığmasına rəhbərlik edib. 2011-ci ildə Hindistanın milli komandasına dəvət olunmuş məşqçi onu 2012-ci il Olimpiadasına çıxarmışdır.

Xəbər 2130 dəfə oxundu.