Yunan-Roma güləşi yığmasına yeni məşqçilər heyəti təyin olunub

London Olimpiadasına hazırlaşan yunan-Roma güləşi üzrə komandaya yeni məşqçilər heyəti təyin olunub. Belə ki, olimpiadaya hazırlıq müddətində yunan-Roma güləşi üzrə yığma komandaya Türkiyədən olan məşqçilər heyəti – Salih Bora, Saban Donat və Mütalib Yerlikaya cavabdehlik daşıyacaq.
Qeyd edək ki, Salih Bora 20 ildən çox bir müddətdə Türkiyə mili komandasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Onun rəhbərliyi altında Türkiyənin yunan-Roma güləşi üzrə mili komandası 2008-ci il Avropa üçüncüsü, 2009-cu ildə dünya çempionu, 2010-cu ildə Avropa və dünya ikincisi olub.

Xəbər 1091 dəfə oxundu.