“Xəzər Lənkəran”ın ilk rəqibi müəyyənləşdi
Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran"ın hazırlıq matçı çərçivəsində oynayacağı ilk klubun adı məlum olub.

Lənkəran təmsilçisi ilk oyununu superliqa təmsilçisi "Rizəspor"a qarşı keçirəcək.

Görüş yanvarın 15-də baş tutacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın Antalya hazırlığı yanvarın 29-u başa çatacaq.

Xəbər 889 dəfə oxundu.