Məsut Özil öz ölkəsində mükafatlandırılıb
"Arsenal"ın və Almaniya millisinin futbolçusu Məsut Özil öz ölkəsində mükafatlandırılıb.

Türkəsilli yarımmüdafiəçi ard-arda üçüncü dəfə ölkə millisinin ən yaxşı futbolçusu seçilib.

O, səslərin 30 faizini yığaraq Filipp Lam və Tomas Müller kimi oyunçuları geridə qoyub.


M.Özil bu mükafatı qazandığı qürur hissi keçirdiyini deyib.

Xəbər 841 dəfə oxundu.