"İnter" hazırlıqlarını davam etdirir
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" klubu hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışın 3-cü gününə futbolçular trenajorda çalışmaqla başlayıblar.

Sonra məşq isinmə hərəkətlərindən və müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam məşqində isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular daha sonra şərti olaraq iki komandaya bölünərək futbol oynayıblar.

Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.

Xəbər 808 dəfə oxundu.