"Xəzər Lənkəran" Antalyada hazırlığını davam etdirir
Artıq üç gündür ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.

ünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara aldı. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynadılar ki, Mustafa Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verildi.


Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.

Xəbər 819 dəfə oxundu.