Millimiz Serbiya yığması ilə yoldaşlıq oyunları keçirəcək
Yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, futzal üzrə yığma komandamız yanvarın 28-dən fevralın 9-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. C qrupunda yer alan millimiz yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, dekabrın 3-dən 13-dək İstanbulda təlim-məşq toplanışında olan millimiz Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan komandamız ikinci qarşılaşmada 4:6 hesabı ilə məğlub olub.

Xəbər 819 dəfə oxundu.