Goranboyda rayon birinciliyi keçirilib
18-28 dekabr tarixlərində Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Goranboy şəhər 3 saylı orta məktəbində 77 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Dünya Azərbaycanlıların həmrəylik gününün qeyd olunması, tennis idman növünün təbliğ edilməsi və kütləviliyinə nail olunması, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komandanın komplekləşdirilməsi olub.

Sonda qaliblər fəxri fərman və medallarla mükafatlandırılıblar.

Xəbər 1014 dəfə oxundu.