Dieqo Kosta "Atletiko"da qalacaq
"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta qış transfer pəncərəsi dönəmində də komandasında qalacaq.

Bu barədə klubun idman direktoru Joze Luis Kaminero açıqlama verib.

Kaminero bildirib ki, Kosta "Atletiko"dan ayrılmağı düşünmür: "Kosta İngiltərənin böyük klublarının onu istədiyini bilir. Ancaq o artıq böyüyüb və qərarı özü verəcək. Onu deyə bilərəm ki, Dieqo Madriddə xoşbəxtdir və buradan ayrılmağı düşünmür".

Qeyd edək ki, "Arsenal" və "Çelsi"nin maraq dairəsində olan 25 yaşlı futbolçunun təzminat qiyməti 38 milyon avrodur.

Xəbər 810 dəfə oxundu.