Gənc taekvondoçularımız Avropa birinciliyində

Kiprin Pafos şəhərində gənclərin 18-ci Avropa çemoionatında iştirak edən Azərbaycan taekvondoçularının ilk rəqibləri məlum olub. Püşkatmanın nəticələri belədir:

45 kq - Elmar Bədəlli - Daniel Turnov (Bolqarıstan)
48 kq - Əşrəf Baxışov – Dzianis Varava (Belarus)
51kq - Mikayıl Əliyev – Mikael Bağdasaryan (Ermənistan)
55 kq - Məhəmməd Muradov – Rumen Georgiyev (Bolqarıstan)
59 kq - Hüseyn Mehrəliyev – Viktor Varqa (Macarıstan)
63 kq - Ələkbər Ələkbərli – Miodraq Yivanoviç (Serbiya)
73 kq - Vladislav Subbotin – Filip Majsen (Xorvatiya)
78 kq - Seyidəzim Bədirxanlı – İvan Plotnikov (Rusiya)
+78 kq - Elvin Əliyev – Uğuz Ensar (Türkiyə)
42 kq - Nərminə Məmmədova – Georgia Barnes (Böyük Britaniya)
44 kq - Təranə Məmmədova – Mariya Vusetiç (Serbiya)
46 kq - Zümrüd Məlikova – Alyona Pavlyuşina (Ukrayna)
52 kq - Günay Ağayeva – Sara Pursell (İrlandiya)
68 kq - Fəridə Əsisova – Anna Kersten (Almaniya)

Oktyabrın 2-də Pafos şəhərinə gələn seçmə komandamız yarışa son hazırlıqları başa vurub və heyətin baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev taekvondoçularımızın yüksək əhval ruhiyyədə olduğunu bildirib. Oktyabrın 6-9 tarixlərində Pafosun Afrodita idman zalında qitə çempionatının ilk günü M.Muradov, Ə.Ələkbərli və G.Ağayeva döyüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan idmançılarının görüşləri, eləcə də yarışın açılış və mükafatlandırma mərasimləri, Azərbaycan Taekvondo Federasiyasının media partnyoru olan sporttv.az idman videoportalı vasitəsilə birbaşa yayımla təqdim ediləcək.

Xəbər 1228 dəfə oxundu.