İniyesta Yaya Turenin cavabını verdi
"Barselona," klubunun yarımmüdafiəçisi Andres İniyesta "Mançster Siti"nin futbolçusu Yaya Turenin cavabını verib.

İniyesta Turenin "Barselona" bizdən qorxur" sözlərinə belə qarşılıq verib:

"Mançester Siti"dən qorxuruq? Yox. Bu futboldur. "Barselona" Çempionlar Liqasında heç bir rəqibdən çəkinmir. "Mançester Siti" bu turnirdə qarşılaşa biləcəyimiz ən güclü komandalardan biridir. Onlarla oyun bizim üçün yaxşı sınaq olacaq".

Qeyd edək ki, Çempionlar Liqasında bu komandalar arasında oyunlar 18 fevral və 12 mart tarixlərində keçiriləcək.

Xəbər 868 dəfə oxundu.