Droqba "Qalatasaray"ın qarşısına şərt qoydu
"Qalatasaray"ın futbolçusu Didye Droqba İstanbul klubu ilə müqaviləni yeniləməyə hazırlaşır.

Klub prezidenti Ünal Aysalla fildişi sahilli hücumçu arasında bu barədə danışıqlar olub.

"Cim-bom" təcrübəli oyunçuya bir illik müqavilə təklif edib. Ancaq D.Droqba müqavilənin ən azı iki illik olması barədə klub rəhbərinin qarşısına şərt qoyub.

Bundan sonra isə Ü.Aysal ulduz futbolçuya 1+2 sistemi ilə yeni müqavilə təklif edib.

Droqbanın bu gün baş tutacaq "Erciyesspor"la matçdan sonra Amerikaya gedərək meneceri ilə görüşəcəyi və müqaviləni dəyərləndirəcəyi bildirilib.

Xəbər 891 dəfə oxundu.