"Qalatasaray"dan ayrılan ilk futbolçunun adı məlum oldu
"Qalatasaray"dan bu mövsüm ayrılan ilk oyunçunun adı məlum olub.

İstanbul klubu müdafiəçisi Dani Nounkeuni "Karabükspor"a icarəyə verib.

Klublar arasındakı razılığa əsasən kamerunlu futbolçu mövsümün sonuna qədər "Karabükspor"da forma geyəcək.

Qeyd edək ki, D.Nounkeuni 2012-ci ildə "Qalatasaray"a transfer olunub.

Xəbər 929 dəfə oxundu.