Kriştiano Ronaldo: "O, əvəzolunmaz futbolçudur"
"Real"ın futbolçusu Kriştiano Ronaldo yanvar ayında komandadan ayrılacağı iddia edilən Xabi Alonso haqda danışıb.

Portuqaliyalı hücumçu 2014-cü ilin yayında Madrid klubu ilə müqaviləsi başa çatacaq təcrübəli yarımmüdafiəçinin heç yerə getməyə qoymayacaqlarını deyib:

"Alonso əvəzolunmaz futbolçudur. Bu yaxınlarda o, yenidən matçlarda iştirak edəndə hamımız çox sevindik. Mən və komanda yoldaşlarım onun getməsini istəmirik. Əminəm ki, onu burada qalmağa razı salacağıq".

Xəbər 815 dəfə oxundu.