İvanoviç ilin ən yaxşı futbolçusu seçildi
Çelsinin müdafiəçisi Branislav İvanoviç Serbiyada 2013-cü ilin ən yaxşı futbolçusu seçilib.

UEFA-nın rəsmi saytının yaydığı məlumat görə, müdafiəçi artıq 2-ci dəfədir ki, bu mükafatı qazanır.

«Ötən mövsüm laureat olanda bunun mənim üçün böyük şərəf olduğunu demişdim. İndi isə ölkəm 2-ci dəfə məni seçəndə artıq hisslərimi büruzə etməyə söz tapa bilmirəm. Bu mükafat məni bir qədər də ruhlandıracaq».-deyə İvanoviç bildirib.

Xəbər 842 dəfə oxundu.