Heybətulla lisenziya qazandı və mübarizəni dayandırdı
Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir.
Dünya çempionatında 64 kq-da mübarizə aparan Azərbaycan boksçusu Heybətulla Hacıəliyev Ukrayna idmançısı Denis Berinçuk ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş D.Berinçukun qələbəsi ilə başa çatıb.
Xatırladaq ki bir gün öncə idmançımız özbək boksçusu Sanjarbek Rahmonova qalib gələrək London Olimpiadasına lisenziya qazanmışdı.

Xəbər 1175 dəfə oxundu.