Mourinyo: "Liverpul" bu mövsüm çempion ola bilər"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer liqada sabah qarşılaşacaq "Liverpul" haqda müsbət fikirlər səsləndirib.

Portuqaliyalı mütəxəssis Brendan Rodqersin komandasının bu mövsüm çempion ola biləcəyini deyib:

"Liverpul" bu mövsüm Premyer liqanı qazana bilər. Çünki çox yaxşı komandalardır. Baş məşqçiləri Brendan Rodqers də çox güclü çalışdırıcıdır"

Xəbər 848 dəfə oxundu.