Millimizdə yeni baş məşqçi
Azərbaycan U-17 milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Gənc məşqçi Mirbağır İsayev bundan sonra 17 yaşıdək futbolçulardan ibarət milli komandamızı çalışdıracaq.

Artıq bununla bağlı M.İsayevlə AFFA razılığa gəlib.

Xatırladaq ki, bundan öncə U-17 millimizin baş məşqçisi Nikolay Adam idi. O, bu yaxınlarda U-19 millisinə keçirildiyi üçün Adamın bundan əvvəlki vəzifəsi boş qalmışdı.

Xəbər 809 dəfə oxundu.