"Qalatasaray" stadionsuz qala bilər
"Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Türk Telekom Arena" (TTA) əlindən alına bilər.

İstanbul klubunun Gənclər və İdman Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, "Cim-bom" stadionun üstünün örtülməsi üçün işlərə başlamalıdır. Əgər 30 gün ərzində klub bunu etməsə, "Qalatasaray" stadionsuz qala bilər.

Belə ki, hər iki tərəf arasında imzalan müqavilənin 13-cü maddəsində qeyd olunub ki, əgər klub sözləşmədə yer alan bəzi şərtlərə əməl etməsə, müqavilə ləğv olunacaq.

Xəbər 796 dəfə oxundu.