Milito daha bir il "İnter"də qalmaq istəyir
İtaliyanın "İnter" klubunun hücumçusu Dieqo Milito daha bir il komandada qalmaq istəyir.

Bu barədə argentinalı futbolçunun özü məlumat verib.

"Mediaset"ə danışan 34 yaşlı oyunçu "İnter"lə yeni müqavilə imzalamağa hazır olduğunu bildirib: "Burada özümü evimdəki kimi hiss edirəm. Bir illik müqavilə imzalamağa hazıram. Bu, mənim üçün problem olmayacaq".

Qeyd edək ki, 2009-cu ildə "Genua"dan "İnter"ə transfer olunan Milito bu komandanın heyətində keçirdiyi 113 oyunda 64 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 904 dəfə oxundu.