Fernandes “Beşiktaş”ı “Lokomotiv”ə dəyişir
Manuel Fernandesin yanvarda “Beşiktaş”ı tərk edəcəyi dəqiqləşib. Portuqaliyalı futbolçu karyerasını Rusiyada davam etdirəcək. O, Moskva “Lokomotiv”i ilə anlaşıb. Qeyd edək ki, “dəmiryolçular” 27 yaşlı futbolçunu daha əvvəl də heyətində görmək istəyirdi. Transferin rəsmiləşməsi üçün “Beşiktaş”ın razılığını almaq qalıb. “Beşiktaş” isə Fernandesə görə “Lokomotiv”dən 2,5 milyon avro tələb edir. Çünki futbolçunun “Qara qartal”la sözləşməsi gələn ilin yayında bitir.

Xəbər 840 dəfə oxundu.