Hiddink "Latsio" klubunu çalışdıra bilər
Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Quus Hiddink İtaliya A Seriyasında çalışa bilər.

Hollandiyalı mütəxəssis "Latsio" klubunun baş məşqçi vəzifəsinə əsas namizədlər sırasında göstərilir.

Daha öncə adı Hollandiya millisi ilə hallanan 67 yaşlı mütəxəssisin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur. Hiddinklə yanaşı "Latsio" klubunun baş məşqçi postuna namizədlər sırasında Covanni Trapatoni və Roberto Di Matteo da var.

Qeyd edək ki, "Latsio" klubu A Seriyasında 17 turdan sonra 20 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər 809 dəfə oxundu.