"Barselona"nın futbolçusu "Napoli"yə doğru
"Barselona" klubunun yarımmüdafiəçisi Aleksandr Sonq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Kamerunlu futbolçu ilə "Napoli" klubu yaxından maraqlanır.

Neapol təmsilçisi artıq 26 yaşlı futbolçunu icarə götürməklə bağlı "Barselona" ilə razılığa gəlib. Böyük ehtimalla, Sonq yanvar ayından etibarən "Napoli"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Sonq bu mövsüm "Barselona"nın heyətində cəmi 9 oyun keçirib.

Xəbər 814 dəfə oxundu.