Arda Turan: "Ronaldo divar kimidir”
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan "Real"ın hücumçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

O, portuqaliya futbolçunun xüsusi oyunçu olduğunu deyib.

Qarşılaşmaların birində Ronaldoya qarşı qaydanı pozmaq istədiyini bildirən Arda son anda bu fikrindən daşınıb. Səbəbini isə belə izah edib: "Ronaldoya qarşı bir matçda qaydanı pozmaq istədim. Əlimi ona vurdum ki, onu yıxım. Amma divar kim idi. Öz-özümə mən etdim, sən etmə, Ronaldo dedim. Bir sözlə, o, xüsusi biridir. Ronaldo ilə həm də qonşuyuq. Bir-birimizi görəndə salamlaşırıq”.

Xəbər 980 dəfə oxundu.