"Çelsi" "Barselona"ya "yox" dedi
"Barselona" klubu Madrid "Atletiko"sunun qapıçısı Tibo Kurtuanı transfer etməkdə israrlıdır.

Kataloniya təmsilçisi Viktor Valdezə ən yaxşı əvəzləyici kimi məhz Kurtuanı görür.

Lakin müqavilə ilə "Çelsi"yə məxsus olan qolkiperin "Barselona"ya keçidində əngəl yaranıb. Belə ki, London təmsilçisi 21 yaşlı qapıçının "Barselona"da deyil, məhz "Atletiko"da oynamasını istəyir.

Qeyd edək ki, T.Kurtua 3 mövsümdür ki, Madrid klubunda icarə əsasında forma geyir.

Xəbər 906 dəfə oxundu.