"Çelsi"nin iki futbolçusu "Qalatasaray"ın hədəfində
"Qalatasaray" yay transferi pəncərəsindən heyətinə qatmaq istədiyi "Çelsi"nin futbolçusu Con Terri üçün yenidən danışıqlara başlayıb.

Mövsümün sonunda klubu ilə müqaviləsi bitəcək ingilis müdafiəçinin yanvar ayında İstanbul təmsilçinə keçmək şanslarının yüksək olduğu bildirilir.

Bu transfer üçün "Cim-bom"un "Çelsi"yə 1 milyon avroluq müqavilə təklif edəcəyi bildirilir. London klubunun isə futbolçunun komandadan ayrılmasına razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray"ın Terri ilə yanaşı, Eşli Koulun da transferi üçün hazırlıqlara başlayacağı iddia olunur.

Xəbər 876 dəfə oxundu.