"Milluoll" komandası Stiv Loması istefaya göndərib
İngiltərənin Çempionşip liqasında çıxış edən "Milluoll" komandasının rəhbərliyi baş məşçi Stiv Loması istefaya göndərib. Bu qovulma "Uotford"la qarşılaşmada yaşanan məğlubiyyətdən sonra reallaşıb. Alınan nəticədən sonra "Milluoll" 20-ci yerə yuvarlanıb. Xatırladaq ki, Stiv Lomas yayda komandaya gətirilmişdi. O əvvə Şotlandiyanın "Sent Conston" klubunu çalışdırıb.

Xəbər 796 dəfə oxundu.